Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 167 nəfər dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşıb..
Nazir COVID-19 infeksiyası ilə əlaqədar 392 min 438 nəfərin test edildiyini, 67 min 857 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyini qeyd edib. F.Qoca onu da bildirib ki, 56 min 256 nəfər isə bu xəstəlikdən sağalıb.

















