• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan silkələndi - İnsanlar küçələrə axışdı

DÜNYA

13 Fevral 2022 | 23:27 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan silkələndi - İnsanlar küçələrə axışdı

Ermənistanda güclü zəlzələ olub.

Bakıvaxtı.az-ın "Sputnik Armenia"ya istinadən xəbərinə görə, güclü yeraltı təkanlar İrəvanda hiss olunub.

Zəlzələ Ermənistanın ikinci şəhəri Gümrüdə də hiss olunub. Məlumata görə, yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bəzi ərazilərdə işıqlar sönüb. İnsanlar evlərini tərk edərək çölə çıxıblar.

Zəlzələnin Vanadzorda da hiss olunduğu bildirilir. Burada da şəhər sakinləri evlərini tərk ediblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Gümrüdən 51 kilometr şimal-şərqdə, Taşir şəhərindən 16 kilometr şərqdə Gürcüstanda olub.

Ermənistan fövqəladə hallar nazirinin müavini Armen Pambuxçyan Facebook-da bildirib ki, zəlzələ saat 22:25-də Gürcüstan və Ermənistan sərhədində, Bavra şəhərindən 16 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələlər 10 kilometr dərinlikdə baş verib, maqnitudası 5,2 olub. Episentrdə təkanların gücü 6-7 bal təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026