• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Rusiya Avropa Şurasından çıxdı

DÜNYA

15 Mart 2022 | 20:13

Rusiya Avropa Şurasından çıxdı

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - Tolstoy vurğulayıb.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb. Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks da öz növbəsində bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüklə bağlı qərar qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026