Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda meşə sahəsində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Limonlu məhəlləsinin Kayacı vadisində qeydə alınan yanğına havadan və qurudan müdaxilə edilir.
Əraziyə 4 yanğınsöndürmə helikopteri və başqa avadanlıqlar cəlb olunub.
Yanğının başvermə səbəbləri məlum olmayıb.















