• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

BMT-dən Ukraynada kaset bombalarından istifadə ilə bağlı ÇAĞIRIŞ

DÜNYA

12 Sentyabr 2023 | 19:08 | Müəllif: Subhan Mahmudov

BMT-dən Ukraynada kaset bombalarından istifadə ilə bağlı ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş dəfələrlə Ukrayna münaqişəsi zonasında kaset bombalarından istifadəyə dərhal son qoymağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu təşkilat rəhbərinin müavini və tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu deyib .

Onun sözlərinə görə, kaset bombalarının tədarükü və onların döyüş əməliyyatları zamanı istifadəsi ilə bağlı məlumatlar çox narahatlıq doğurur. O əlavə edib ki, bu cür silahlar “tarixə çevrilməlidir”.

"BMT-nin Baş katibi dəfələrlə kasetli sursatların istifadəsini dərhal dayandırmağa çağırıb", - Nakamitsu vurğulayıb.

Sentyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Amerikanın uzaqmənzilli raketlərinin Ukraynaya ötürülməsi və kaset mərmilərinin tədarükü böhranın kəskinləşməsinə səbəb ola bilər. Belə ki, diplomat Ağ Evin Kiyev hakimiyyətinin müvafiq müraciəti ilə bağlı müsbət qərar qəbul etməyə yaxın olduğu xəbərini şərh edib.

İyulun 7-də Amerika prezidenti Co Bayden Ukraynaya kaset sursatlarının tədarükünü elan edib . Ağ Evin sahibi bu qərarını Kiyevdə şərti mərmi çatışmazlığı ilə izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR