• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Putin Rusiyadan gedən sənətçilərin sayını açıqladı

DÜNYA

12 Sentyabr 2023 | 20:09 | Müəllif: Subhan Mahmudov

Putin Rusiyadan gedən sənətçilərin sayını açıqladı

Rusiya Prezidenti Vladimir Putin ölkəni tərk edən sənətçilərin sayını açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə o, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında deyib. Onun sözlərinə görə, müxtəlif hesablamalar nəticəsində bəlli olub ki, Rusiyanın siyasəti ilə razılaşmayan 160-170 mədəniyyət xadimi ölkəni tərk edib. 

Putin bildirib ki, bu, həmin şəxslərin Rusiya vətəndaşlarının fikirlərinə mənfi təsir göstərmək və qeyri-ənənəvi dəyərləri təbliğ etməkdənsə, orada öz işlərini görməkləri daha yaxşıdır:

"Burada nəyisə bacaran istedadlı adam gedirsə, yəqin ki, nəyisə itirmişik. Amma dürüstcə deyim ki, xaricdə, kiminsə mənafeyinə xidmət etmək istəyirsə, bunu onun seçiminə buraxmaq daha yaxşıdır. Nəinki burada milyonlarla vətəndaşımızın beynini qarışdıraraq, bəzi qeyri-ənənəvi dəyərləri təbliğ etməsi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026