• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Türkiyəyə xurma aparan maşında görün nə tapıldı

HADİSƏ

09 Dekabr 2022 | 11:08

Türkiyəyə xurma aparan maşında görün nə tapıldı

Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026