Astara rayonunun Kijəbə qəsəbəsində yanğın olub.
Bakıvaxtı.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 169 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




jpg-1675681876.webp)






jpg-1675663159.webp)




