• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

UEFA-dan sərt cəzalar

İDMAN

03 Noyabr 2023 | 22:01 | Müəllif: Subhan Mahmudov

UEFA-dan sərt cəzalar

UEFA Serbiya Futbol Federasiyasına cəza tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Buna Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Monteneqro matçında (3:1) meydan sahibi komandanın azarkeşlərinin davranışları səbəb olub. Serbiyalı fanatlar oyunda irqçi şüarlar səsləndirib, tribunalarda iğtişaşlar törədiblər.

Bu səbəbdən UEFA Serbiya milli komandasının növbəti ev matçının azarkeşsiz keçirilməsinə qərar verib. Yerli federasiya isə 89 min 250 avro məbləğində cərimə edilib.

Monteneqro Futbol Federasiyası da azarkeşlərinin iqrçi davranışlarına, rəqib stadiona zərər vurmasına görə cəzalandırılıb. Qərara əsasən, milli komandanın növbəti səfər matçında onlara bilet satışı qadağan olunub, federasiya isə 20 min avro məbləğində cərimə edilib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026