• Bakı 23° C

    2.67 m/s

“Ukrayna prezidentinə və digər dəlilərə deyin ki..." - Lukaşenkodan XƏBƏRDARLIQ

DÜNYA

10 Oktyabr 2022 | 13:17

“Ukrayna prezidentinə və digər dəlilərə deyin ki..." - Lukaşenkodan XƏBƏRDARLIQ

Minskə qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi ilə bağlı xəbərdarlıq edilib.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə deyib.

“Mənim cavabım sadə idi: “Ukrayna prezidentinə və digər dəlilərə deyin ki, əgər onlar çirkli əlləri ilə ərazimizin ən azı bir metrinə toxunsalar, Krım körpüsü onlara çiçək kimi görünəcək”, - deyə Lukaşenko vurğulayıb.

Lukaşenko hərbçiləri dövlətin təhlükəsizliyini gücləndirmək üçün daha nə etmək lazım olduğunu müəyyənləşdirməyi təklif edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026