• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ukrayna Rusiyanın adını dəyişir

DÜNYA

24 Noyabr 2022 | 11:26

Ukrayna Rusiyanın adını dəyişir

Ukraynada Rusiya adının “Moskoviya” olaraq dəyişdirilməsinə çağırışla bağlı petisiya başladılıb.

Bakıvaxtı.az  “TASS”a istinadən xəbər verir ki, sözügedən petisiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında yerləşdirilib.

Petisiyada “Rusiya” adının rəsmi olaraq “Moskoviya”, “rusiyalı” termininin isə “moskvalı” kimi dəyişdirilməsi təklif olunur.

Petisiyanın müəllifi hesab edir ki, dövlətin adının rəsmi olaraq dəyişdirilməsi beynəlxalq səviyyədə güclü informasiya gedişidir.

Qeyd edək ki, cari ilin yanvar ayında Kiyev Şəhər Şurasında Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsi təklif edilib.


SON XƏBƏRLƏR

19 Aprel 2024