Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumdan qorunması qaydaları ilə bağlı məhdud danışıqlar aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Ukrayna rəsmiləri isə Rusiya Federasiyası ilə əsirlərin dəyişdirilməsi və ukraynalı uşaqların vətənlərinə qaytarılması ilə bağlı danışıqlar aparıldığını bildirib.
Bu arada, ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubionun dediyi kimi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələsi Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqların tərkib hissəsi ola bilər.
Kiyevin NATO-ya qəbulundan hipotetik imtinanın mümkünlüyü ilə bağlı sualı cavablandıran Marko Rubio qeyd edib ki, diplomatik güzəştlər qaçılmazdır.
“Əsl diplomatiya bu danışıqlarda iştirak edən hər bir tərəfdən güzəşt tələb edəcək. Bu, diplomatiyanın xarakteridir", - deyə bildirib.