• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukraynada daha bir rus casusu saxlanıldı

DÜNYA

18 Avqust 2022 | 13:57 | Müəllif: Subhan Mahmudov

Ukraynada daha bir rus casusu saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Rusiya Federasiyasının tammiqyaslı işğalının ilk günlərində Sumıdan Kiyev vilayətinə işğalçıların 128 vahid texnikasına “rəhbərlik edən” düşmən agentini zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti  "Facebook"da məlumat yayıb.

“Xəyanətkarın Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən işə götürülən Sumı vilayətinin sakini olduğu üzə çıxıb. O, regionun müvəqqəti işğalının ilk günlərindən düşmənlə fəal əməkdaşlığa başlayıb, bələdçi olmağı və Kiyevə təhlükəsiz yollar göstərməyi təklif edib”, - mesajda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR