• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ukraynada idman yarışları ləğv edilir

İDMAN

23 Fevral 2022 | 23:15 | Müəllif: Subhan Mahmudov

Ukraynada idman yarışları ləğv edilir

Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət rejimi (ən azı 30 gün) müddətində ölkə ərazisində bütün idman və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq sərəncamın yaxın zamanlarda veriləcəyi bildirilib.

Qərar Ukrayna ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar qəbul edilib.

Ukrayna prezidentinin fərmanının fevralın 23-də axşam saatlarında Ali Radanın növbədənkənar iclasında ratifikasiyası gözlənilir.

Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində Ukrayna ərazisində heç bir idman yarışı və təlim-məşq toplanışı keçirilməyəcək.

Yayılan məlumatına görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026