• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda son bir ayda 6 TƏLƏBƏ ÖLDÜ

CƏMİYYƏT

05 Mart 2024 | 16:13

Azərbaycanda son bir ayda 6 TƏLƏBƏ ÖLDÜ

Son zamanlar Azərbaycanda tələbə ölümlərinin sayında artım müşahidə edilir.

Bakıvaxtı.az xəbər verir ki, təkcə son 2 gündə 3 tələbə dünyasını dəyişib.

Fevral ayından bu günədək ölkədə müxtəlif səbəblərdən 6 tələbə ölüb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci kurs magistr tələbəsi Mətləb Xankişiyev fevralın 3-də qəfil ürəktutmadan vəfat edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi Səbuhi Əhmədli fevralın 15-də ürəktutmadan vəfat edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Ortopedik Stomatologiya şöbəsinin I kurs tələbəsi İsmayılova Səbinə Ramin qızı fevralın 15-da dəm qazından zəhərlənərək vəfat edib.

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev martın 4-də dəm qazından zəhərlənərək vəfat edib.

Odlar Yurdu Universitetinin 1-ci kurs tələbəsi Canbaxışlı Sürayə Elman qızı da martın 4-də dünyasını dəyişib.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Əliyeva Rəqsanə Aydın qızı uzun sürən xəstəlikdən sonra martın 5-də vəfat edib. Onun Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi olduğu bildirilir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026