• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Vensin səfəri region üçün əhəmiyyətlidir

SİYASƏT

10 Fevral 2026 | 12:39

Vensin səfəri region üçün əhəmiyyətlidir

"Ceyms Vensin Azərbaycana səfəri region üçün əhəmiyyətli hesab edilir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Sahil Alıyev parlamentin bugünkü plenar iclasında deyib.

Deputatın fikrincə, səfər rəmzilikdən uzaqdır və Vaşinqtonun regionla bağlı yeni strategiyasının reallaşdırılması üçün konkret əməkdaşlıq imkanlarını əhatə edir.

Deputat bildirib ki, Azərbaycanın aktiv rolu və prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində region artıq geosiyasi qarşıdurma məkanından geoiqtisadi əməkdaşlıq platformasına çevrilir. 

O, həmçinin qeyd edib ki, ABŞ burada arbitr yox, sponsor kimi çıxış edir və bunun nəticələri region üçün sülh və stabillik vəd edir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026