• Bakı 12° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

“Vüqar Həşimov” Avropa Kubokunda mübarizə aparacaq

İDMAN

01 Oktyabr 2023 | 13:33

“Vüqar Həşimov” Avropa Kubokunda mübarizə aparacaq

Bu gün Albaniyanın Durras şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokuna start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ölkəmizi yarışda “Vüqar Həşimov” komandası təmsil edəcək.

“Vüqar Həşimov” komandasında üçqat Avropa çempionu Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli, Read Səmədov və Ülvi Sadıxov çıxış edəcəklər.

Komandaya Vüqar Həşimovun qardaşı Sərxan Həşimov rəhbərlik edir.

Bu gün Avropa Kubokunun ilk turunda “Vüqar Həşimov” komandası Böyük Britaniya təmsilçisi “Seltik Taygers”lə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən iştirakçılar yeddi turda çıxış edəcəklər.


SON XƏBƏRLƏR

08 Dekabr 2023