"WhatsApp" tərtibatçıları statuslarda ödənişli abunəlik, kanal tanıtımı və reklam inteqrasiyasını tətbiq ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat şirkətin bloqunda yer alıb.
Məlumata görə, bu, istifadəçilərə eksklüziv məzmuna abunə olmaq imkanı verir və kanal sahiblərinə öz kanallarını tanıtmaq üçün əlavə vasitələr təqdim edir.
Tərtibatçılar bildirib ki, yeniliklər messencerin əsas funksiyasına təsir etməyəcək. Şəxsi yazışmalar pulsuz olaraq qalır və başdan sona şifrələmə ilə qorunur.
"Biz heç vaxt telefon nömrənizi reklamçılarla satmayacağıq və paylaşmayacağıq. Şəxsi mesajlarınız, zəngləriniz və bir hissəsi olduğunuz qruplar sizə reklam göstərmək üçün istifadə edilməyəcək" deyə tərtibatçılar söz veriblər.
Bundan əlavə qeyd olunub ki, reklam parametrləri "Hesab İdarəetmə Mərkəzində" tənzimlənə bilər.
Mina Mikayılova