• Bakı C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

"WSJ": ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır

DÜNYA

06 Yanvar 2025 | 11:44

WSJ: ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır

ABŞ yeni hökumətə dəstək əlaməti olaraq Suriyaya yardıma qoyulan məhdudiyyətləri yüngülləşdirəcək.

Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün məhdudiyyətləri aradan qaldırmadan Suriyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır.

Məlumata görə, Ağ Ev yeni liderlərinin istiqaməti aydınlaşana qədər Suriyaya qarşı geniş sanksiyaları ləğv etməkdə ehtiyatlı davranır. Hazırda ABŞ Xəzinədarlığına Suriyada su, elektrik enerjisi və digər humanitar yardımlar kimi mühüm xidmətlər göstərən qruplara və şirkətləri vergidən azad etmək istəyir.

Bu tədbir altı ay müddətində qüvvədə olacaq və yardım göstərənləri ayrı-ayrılıqda icazə almaq məcburiyyətindən azad edəcək.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR