Rusiya Nəqliyyat Nazirliyi ölkənin tanker donanmasının yoxlanılmasına başlayır və bunu naviqasiya mövsümünə qədər başa çatdıracaq.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
"Rusiya Nəqliyyat Nazirliyi tanker donanmasının yoxlanılmasına başlayır. Nəzarət tədbirlərinin 2025-ci ildə naviqasiya mövsümünün başlanmasına qədər başa çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.
Yoxlamanın dəniz və daxili su nəqliyyatı üzrə 500-ə yaxın şirkəti əhatə edəcəyi gözlənilir.