• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xaçmazda anasını öldürən oğul tutulub

HADİSƏ

30 Yanvar 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

Xaçmazda anasını öldürən oğul tutulub

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürən oğulu tutub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, anasını balta ilə qətlə yetirdikdən sonra hadisə yerini tərk edərək gizlənən Ramiz Sultanov günün ikinci yarsında Xaçmaz şəhəri ərazisində tutulub.

Belə ki, Ramiz Sultanov Xaçmaz ərazisində xidmət aparan YPX-nin inspektoru, polis serjantı Fəqan Babayev tərəfindən kafelərin birində tutularaq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilib.

Xatırladaq ki, hadisə yanvarın 13-də baş verib. Rayonun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri görülüb.

Qeyd edək ki, R.Sultanov ruhi xəstədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026