• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yevlax sakinindən odlu silah götürüldü

HADİSƏ

28 Fevral 2022 | 16:46

Yevlax sakinindən odlu silah götürüldü

Yevlax sakinindən odlu silah götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildiirlib ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan şəxs müəyyən edilib.

Belə ki, RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Taleh Bərxudarov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş 1 ədəd tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və T.Bərxudarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026