• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Keçmiş bələdiyyə sədri zəhərlənib ÖLDÜ

HADİSƏ

30 Mart 2022 | 16:10

Keçmiş bələdiyyə sədri zəhərlənib ÖLDÜ

Qaxda ötən gün dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri Bakıda xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın apa-ya istinadən  məlumatına görə, Qax rayonunun Qum kənd sakini 44 yaşlı Fərid Həşimov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Fərid Həşimov ötən gün günorta saatlarında dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində daxil olmuşdu. Onun vəziyyəti ağır olduğundan martın 29-dan 30-na keçən gecə müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilmişdi.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bir neçə ay əvvəl işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026