• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

36 yaşlı kişi dəm qazından boğuldu

HADİSƏ

28 Fevral 2022 | 20:52 | Müəllif: Subhan Mahmudov

36 yaşlı kişi dəm qazından boğuldu

Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki. hadisə Göyşaban kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Xəyal Ağacəfər oğlu Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib. Həyat yoldaşı və iki azyaşlı övladını qaynatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görüb onun ata evinə gəlib. Qapının bağlı olduğunu görərək geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub. Onun dəm qazından öldüyü ehtimal edilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026