• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Xuramanı aldadıb cərimə yazdılar - VİDEO

ŞOU

11 Sentyabr 2024 | 16:00

Xuramanı aldadıb cərimə yazdılar - VİDEO

Müğənni Xuraman Şuşalının başına iş gəlib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi şəhərin mərkəzi küçələrindən birində avtodayanacağa nəzarət edən şəxsin onu aldatdığını deyib. Xuraman bildirib ki, buna görə ona 20 manat cərimə yazılıb:

"Maşını saxlamışam, nəzarətçi yaxınlaşıb, deyirəm ki, kod vurmalıyam. Dedi ki, heç nə lazım deyil, ödənişi mənə ver. Pulu verdim və getdim. 15-20 dəqiqədən sonra mənə cərimə gəldi. Bununla hansısa orqan məşğul olmalıdır, bilməliyik kimə inanaq. Niyə yalançılıq edirsiniz? Yaxınlaş denən 2 manat ver, verim. Amma niyə 20 manat cərimə olunmalıyam? Nizami Kinoteatrının yanında bir tədbir görülsün. Dayanacağa nəzarət edənlər bizi aldatmasın. Pulu halal etmirəmsə, onu yeyə biləcəksən?".

Xuraman daha sonra taksilərdən şikayət edib:

"Son vaxtlar taksi sifariş edirsən, göstərir 10 dəqiqəyə gəlirəm. Gələnə yaxın geri çevirir və yaxın sifariş götürülür. Taksi şirkətləri bir tədbir görsünlər. Yarım saat taksi gözləmişəm, ya çalışın, ya yox. Maşın sürürük cərimə yazılır. Şəhərdə tərpənmək puldur".Axşam.az

 


SON XƏBƏRLƏR