• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur müğənninin bacısı intihara cəhd etdi - FOTO

ŞOU

11 Oktyabr 2024 | 10:17

Məşhur müğənninin bacısı intihara cəhd etdi - FOTO

Məşhur türkiyəli müğənni Can Bonomonun bacısı Funda Bonomo intihara cəhd edib.

Bakıvaxtı.az “Haberler.com”a istinadən xəbər verir ki, o, evində dərman içərək həyatına son qoymaq istəyib.

Hazırda xəstəxanada müalicə olunan gənc qadının vəziyyəti stabildir.

Can Bonomo hadisə ilə bağlı açıqlama verib: “Ailəmiz son zamanlar çətin günlər yaşayır. Erkən müdaxilə sayəsində bacımın vəziyyəti hazırda stabildir və uzun müddət sağalma prosesi keçəcək. Sevənləri olaraq ona dəstək olmaq üçün yanındayıq. Bacım bizə bir daha xatırlatdı ki, psixi və emosional sağlamlıq vacibdir və heç vaxt diqqətdən kənarda qalmamalıdır”.

Qeyd edək ki, o, Heyvanlar üçün Layihələr Dərnəyi (HİPDER) qurucusudur, öz fermasında 165 it və 5 pişiyə baxır.Qafqazinfo


Məşhur müğənninin bacısı intihara cəhd etdi - FOTOMəşhur müğənninin bacısı intihara cəhd etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026