Əvvəlcədən xəbər verildiyi kimi, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.
Bu barədə Bakıvaxtı.az-a ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək.
Aprelin 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.
















