• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Yaponiya ehtiyat neftini satışa çıxarır

İQTİSADİYYAT

07 Aprel 2022 | 12:31

Yaponiya ehtiyat neftini satışa çıxarır

Yaponiya hökuməti Beynəlxalq Enerji Agentliyinin (BEA) dəstəyi ilə dövlət və özəl ehtiyatlarından 15 milyon barelədək neft satmaq niyyətindədir.

Bakıvaxtı.az “Kyodo”ya istinadən xəbər verir ki, bundan əvvəl hökumətin baş katibi Hirokazu Matsuno ABŞ və BEA üzv ölkələrin strateji ehtiyatlarından neft satışına dair yeni təşəbbüsü dəstəklədiklərini bildirib.

Belə ki, dünən “Bloomberg” xəbər vermişdi ki, ABŞ və digər BEA ölkələri strateji ehtiyatlarından 240 milyon barel neft satmağı nəzərdə tutur. O cümlədən ABŞ Prezidenti Cozef Baydenin bildirdiyi kimi, onlar may-oktyabr müddəti ərzində hər gün 1 milyon barel, yəni bütövlükdə 180 milyon barel satacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026