• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kredit faizləri ucuzlaşa bilərmi? - Ekspert

İQTİSADİYYAT

06 May 2022 | 16:54 | Müəllif: Subhan Mahmudov

Kredit faizləri ucuzlaşa bilərmi? - Ekspert

Mərkəzi Bankın uçot dərəcəsi 9,75%-dir. Bu isə Azərbaycanda kreditin yüksək faizlərlə verilməsinin ilkin səbəblərindən biridir. Əsas problem isə rəqabət mühitinin olmamasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri axar.az-a Azərbaycanda kredit faizlərinin azaldılması ehtimalı barədə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, hazırda xarici bankların Azərbaycan bazarında olmaması faizlərin yüksək olmasına təsir edir:

"Hazırda xarici bankların ölkə bazarında birbaşa iştirak etməsində müəyyən problemlər var. Yerli və xarici banklar arasında rəqabət olmadığından, yerli banklar faizləri daha yüksək qoymaqda maraqlıdır. Buna görə istehlak və biznes kreditlərinin faizi düşmür".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR