• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya Ukraynadan oğurladığı taxılı bu ölkəyə SATIR

İQTİSADİYYAT

03 Iyun 2022 | 21:14 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynadan oğurladığı taxılı bu ölkəyə SATIR

Rusiya işğal etdiyi ərazilərdə ukraynalı fermerlərdən oğurladıqları taxıldan həmçinin Rusiyanın Suriyaya ixrac məhsulu kimi də istifadə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, yük ötən ayın sonunda Suriyanın əsas dəniz limanı Latakiyada Rusiyanın “Matros Pozıniç” gəmisi ilə çatdırılıb.

Ukraynanın Beyrutdakı səfirliyindən bildiriblər ki, ruslar Ukraynanın üç vilayətindən buğdanı toplayan müəssisədən buğda oğurlayırlar və bu, cinayət işidir:

"Son üç ayda Suriyaya oğurlanmış 100 min tondan çox Ukrayna buğdası gətirilib. Beynəlxalq buğda qiymətlərinin bir ton üçün 400 ABŞ dollarından çox olduğunu nəzərə alsaq, bu həcm 40 milyon dollardan baha olmalı idi”.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR