• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanın "Şahdəniz"dən gəlirləri dəfələrlə artıb

İQTİSADİYYAT

03 Iyun 2022 | 19:16 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın "Şahdəniz"dən gəlirləri dəfələrlə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 526 537 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,5 dəfə çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.06.2022 tarixinə) 144 522 min dollar olub, bu da 2,5 dəfə artım deməkdir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR