• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yaponiyada üç cinayətkar edam edilib

DÜNYA

21 Dekabr 2021 | 14:35 | Müəllif: Subhan Mahmudov

Yaponiyada üç cinayətkar edam edilib

Yaponiyada ədliyyə naziri Yosihisa Furukavanın əmri ilə edam cəzasına məhkum edilmiş üç cinayətkar edam edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, cinayətkarların adları açıqlanmır.

Bu, cari ilin oktyabrında vəzifəyə gələn baş nazir Fumio Kişida dövründə ilk edam hökmünün həyata keçirilməsidir.

Yaponiyada sonuncu dəfə edam 2019-cu ildə həyata keçirilib. O, yapon ailəsinin qətlində əli olan ÇXR vətəndaşı idi.

Yaponiya Vəkillər Assosasiyası dəfələrlə ölkədə ölüm hökmünün ləğvini və onun ömürlük həbslə əvəz olunmasını tələb edib. Edam yalnız ölkənin ədliyyə nazirinin yazılı əmrindən sonra həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026