• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Ukrayna xalqına müraciət etdi

DÜNYA

20 Yanvar 2022 | 09:06

Zelenski Ukrayna xalqına müraciət etdi

Ukrayna prezident Vladimir Zelenski ölkə vətəndaşlarına müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, əhalini Rusiya təhlükəsi ilə bağlı yayılan xəbərlərə görə təşvişə düşməməyə çağırıb.

“Müharibə artıq səkkizinci ildir ki davam edir. İndi panikaya düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq və kibrit alıb yığmaq vaxtı deyil”, - deyə dövlət başçısı bildirib.

Videoçarx Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Dövlət başçısı bildirib ki, ölkə müharibə istəmir, lakin müdafiəyə hazırdır.

Zelenskinin sözlərinə görə, Rusiya təhlükəsi barədə xəbərlər ölkədəki investorlara və biznesə “hücum” məqsədilə yayılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026