Vyetnamın şimalında aktiv olan "Yaqi" qasırğasının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 65-ə yüksəlib.
Bakıvaxtı.az-ın "VN Express" xəbər saytına istinadla məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi, itkin düşən 40 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Qeyd edilib ki, ölkənin şimalında bir çox çaylar daşqın səviyyəsinə yaxınlaşır. Təbii fəlakət nəticəsində artıq 48 mindən çox evə ziyan dəyib.
Həmçinin, minlərlə hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı diqqətə çatdırılıb.
Əli Hüseynov