Krasnoyarskda yataqxanada yanğın baş verib
Bakıvaxtı.az TASS agentliyinə istinadla bildirir ki, yanğın səbəbindən 95 nəfər təxliyə edilib, onlardan 8-i uşaqdır.
Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölən və yaralananlar barədə məlumat yoxdur.
Hazırda yanğının söndürülməsi işləri davam edir.
















