• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Yeni pandemiyanın olma ehtimalı var, amma...

CƏMİYYƏT

02 Iyun 2022 | 13:15 | Müəllif: Qalib İbrahimoğlu

Yeni pandemiyanın olma ehtimalı var, amma...

Xəbər verdiyimiz kimi, “Maykrosoft”un yaradıcı amerikalı milyarder Bill Qeyts növbəti 20 ildə yeni bir pandemiya yarana biləcəyi barədə xəbərdarlıq edib. Rusiyalı virusoloq Vladislav Jemçuqov da Qeytsin düz dediyini bildirərək, hətta 50 ildir mövcud olmayan təbii çiçək xəstəliyinin belə yenidən yayıla biləcəyini vurğulayıb.

Yeni pandemiya başlaya bilər? İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bu söhbətlərin əksəriyyətinin əsası yoxdur: “Reytinq əldə etmək üçün deyilən sözlər də olmuş ola bilər, ona görə də, bu söhbətlərə inanmıram”.

Ümumi pandemiya məsələsinə gəlincə, M.Əliyev deyib ki, bunun olma ehtimalı var, amma bu, elə də qısa müddətdə baş vermir. Onun sözlərinə görə, yəni, hər 10-20 ildən bir pandemiya olmur: “İndiyə qədər, təqribən 70-100 ildən bir pandemiyalar olub. İnsan immuniteti illər öncəyə nəzərən çox möhtəşəm şəkildə formalaşıb. Çünki indiyə qədər olan virusların mutasiyaya uğramış formaları da immun sistemini gücləndirib. Ona görə, indi bütün bakteriya və virusların öhdəsindən gəlmək qabiliyyətinə malikdir. Əslində, elə buna görə pandemiya olmur”.

İnfeksionist vurğulayıb ki, insanın immun sistemi pandemiya yaranmaması üçün çox güclü şəkildə fəaliyyət göstərir: “Bu səbəbdən, yeni mikrobların əmələ gəlməsi, virusların mutasiyaya uğraması, yeni bir pandemiyanın başlaması deyilənlər qədər asan və sadə deyil. Koronavirus, taun kimi infeksiyalar bir əsrdən bir formalaşır. Deyilənlər yalan söhbətə oxşayır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026