• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakının mərkəzində tarixi binada tikilən 3-cü mərtəbə sökülür - RƏSMİ

CƏMİYYƏT

02 Iyul 2022 | 11:34 | Müəllif: Subhan Mahmudov

Bakının mərkəzində tarixi binada tikilən 3-cü mərtəbə sökülür - RƏSMİ

Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş tarixi-arxitektur binanın dam örtüyündə əlavə mansardın tikilməsi müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, binanın sahibkarı tərəfindən tarixi abidədə mansardın tikilməsi struktur idarələr tərəfindən nəzarətə götürülüb və tikintinin qarşısı alınıb:

“Qanunsuz tikinti ilə bağlı sahibkara xəbərdarlıq edilib və tarixi binanın üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olduğu bildirilib. Artıq binanın damında inşa edilmiş konstruksiyaların sökülməsinə qərar verilib və söküntü işlərinə başlanılıb. Ərazi aidiyyəti qurumlar tərəfindən tam nəzarətə götürülüb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026