Bu gündən avqustun 5-dək Azərbaycanın bəzi şimal və qərb rayonlarında əsasən gündüz saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Verilən məlumata görə, şərq küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
















