İlk dəfə dünyanın ən varlı adamları siyahısında ilk üçlüyə asiyalı iş adamı daxil olub. O, Hidinstanlı iş adamı Guatam Adanindir.
Bakıvaxtı.az xəbər verir ki, aqrobiznes, liman idarəçiliyi və kömür biznesi ilə məşğul olan Adani Hindistanın baş naziri Modinin tikinti strategiyasına uyğun olaraq yaşıl enerji, hava limanları, məlumat mərkəzləri və media kimi sahələrdə fəaliyyət sahələrini genişləndirir.
Hindistanda dissidentlər iddia edirlər ki, Adaninin sərvətini bu qədər sürətlə artırmasının səbəbi baş nazir Modi ilə əlaqəsinin olmasıdır.
"Bloomberg"in məlumatına görə, 16 mart 2020-ci ildə 5,8 milyard dollar sərvətə sahib olan Adaninin sərvəti 2 fevral 2021-ci ildə 35,9 dollara, 7 fevral 2022-ci ildə isə 88,5 milyard dollara yüksəldi.
Siyahının başında olan İlon Mask ilin əvvəlindən bu yana 18,9 milyard dollar, ikinci yerdə olan Ceff Bezos isə 39 milyard dollar itirib. “Microsoft”un yaradıcısı Bill Qeytsin sərvəti də bu il 20,6 milyard dollar azalıb.
Aytac Aslan
















