• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Dünyada daha bir təhlükəli VİRUS YAYILIR 

CƏMİYYƏT

31 Avqust 2022 | 10:42

Dünyada daha bir təhlükəli VİRUS YAYILIR

Yunanıstanda bir il ərzində Qərbi Nil virusundan ölənlərin sayı 11 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 123 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) açıqlama verib.

Açıqlamada hadisələrin 74-də mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-da isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.

Açıqlamada Yunanıstanda ötən həftə 36 yeni yoluxma hadisəsinin qeydə alındığı ümumi halların Saloniki, İmathia, Kilkis, Pella, Pieria, Halkidiki, Serez, Tırhala və Larissa bölgələrində aşkar edildiyi bildirilib.

Qeyd edək ki, virus ağcaqanadlar vasitəsilə yayılır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026