Yeni tədris ilinin başlanmasına az vaxt qalıb.
Ötən tədris ilində ali məktəblərin bir çoxu tədrisi hibrid formada təşkil etmişdi.
Maraqlıdır, universitetlər bu il tədrisə ənənəvi, ya hibrid formada başlayacaq?
Bakıvaxtı.az universitetlər arasında sorğu keçirib.
Yeni tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti tədrisə ənənvi formada, Azərbaycan Memarlıq və İnşaat Universiteti hibrid formada (bir sıra ixtisaslarda isə ənənəvi formada) başlayacaq.
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Qərb universiteti isə tədrisə ənənəvi və ya hibrid formada başlaması ilə bağlı Təhsil Nazirliyinin qərarını gözləyir.
Nuranə Daxilqızı
















