"Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus olan "Azərikard" MMC "Kapital Bank" ASC-ni məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatındadır.
İşin mahiyyəti podrat müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Qeyd edək ki, 2009-cu ilin may ayına kimi "Azərikard" MMC "Kapital Bank" ASC-ə pressinq xidməti göstərib.
Prosessinq təşkilatının işi ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirir.
Ramid İbrahimov
















