Yevlax rayonunda 38 yaşlı kişi itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, "report.az"ın əldə etdiyi məlumata görə, hadisə iyulunun 29-da rayonun Aran qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Rüfət Fərrux oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
















