• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını və özünü öldürdü - YENİLƏNİB

HADİSƏ

17 Aprel 2022 | 10:18

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını və özünü öldürdü - YENİLƏNİB

Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

*** 09:46

Zaqatala rayonunda iki nəfər qətlə yetirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

Məlumata görə bir qadın və bir kişi öldürülüb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR