• Bakı 16° C

    3.68 m/s

Zelenski: "Məqsədimiz müharibəni Rusiyaya aparmaqdır"

DÜNYA

12 Avqust 2024 | 17:01 | Müəllif: Gülşən Şərif

Zelenski: "Məqsədimiz müharibəni Rusiyaya aparmaqdır"

"Rusiyanın ölkəmizə qarşı apardığı dağıdıcı, amansız, ilhaqçı müharibəsi cəzasız qalmır".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, avqustun 6-da Ukrayna qoşunlarının Rusiya sərhədindəki Kursk bölgəsindən başlatdığı quru əməliyyatı ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə açıqlama verib.

Ötən həftənin Ukrayna ordusu üçün məhsuldar olduğunu bildirən Zelenski, əldə olunan uğurlara görə tağımdan tutmuş briqadaya qədər bütün əsgərləri təbrik edib:

"Ukrayna ədaləti bərpa edə və təcavüzkara lazımi təzyiqi edə biləcəyini sübut edir. Bütün tərəfdaşlarımıza təşəkkür etmək istərdim. Sanksiyalar həqiqətən də təsirlidir və bu sanksiyaları aradan qaldırmağa çalışan hər kəs dünyanın reaksiyası ilə üzləşir. Biz Rusiya dövlətini daha da məhdudlaşdırmaq üçün yeni tədbirlər hazırlayırıq. Keçən həftə ABŞ administrasiyasından "HIMARS" raket sistemi üçün sursat, "Stinger" raketləri və 155 mm-lik top mərmiləri də daxil olmaqla, yardım paketi almışıq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026