• Bakı 16° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Zirə" "Kəpəz"lə bacarmadı

İDMAN

12 May 2023 | 21:32 | Müəllif: Subhan Mahmudov

"Zirə" "Kəpəz"lə bacarmadı

Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, açılış matçında "Zirə" "Kəpəz"i qəbul edib. Görüş 1-1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran "Zirə" 5-ci pillədə qalıb. 30 xalı olan "Kəpəz" isə 7-cidir.

Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026