• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Zirə" "Səbail"ə qalib gəlib

İDMAN

10 Sentyabr 2022 | 22:48 | Müəllif: Subhan Mahmudov

"Zirə" "Səbail"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Zirə" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub.

72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.

Beləliklə, bu qələbədən sonra xallarını 10-a çatdıran "Zirə" 5-ci pilləyə yüksəlib. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026