• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

İDMAN

10 Oktyabr 2022 | 19:04 | Müəllif: Subhan Mahmudov

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

Yunanıstan "Olimpiakos"unu Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.

Ağdam klubundan Bakıvaxtı.az-a verilən məlumata görə, Pirey təmsilçisi "köhlən atlar"dan cəmi 50 bilet istəyib.

Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026