• Bakı 24° C

    5.8 m/s

Azərbaycan avarçəkəni dünya ikincisi oldu

İDMAN

10 Oktyabr 2022 | 18:57 | Müəllif: Subhan Mahmudov

Azərbaycan avarçəkəni dünya ikincisi oldu

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, finalda 17 idmançı ilə mübarizə aparan avarçəkəni dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan Dimçenko fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Birinci yeri Fransa, 3-cü yeri isə İsveç təmsilçisi tutub.

Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026