• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mane dünya çempionatında iştirak etməyəcək

İDMAN

09 Noyabr 2022 | 14:11 | Müəllif: Subhan Mahmudov

Mane dünya çempionatında iştirak etməyəcək

Seneqal millisinin və Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Bakıvaxtı.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun evdə "Verder"i 6:1 hesabı ilə darmadağın etdikləri Bundesliqanın XIV tur matçında zədələnməsidir.

Axill vətərində problem aşkarlanan təcrübəli forvardın sıraya qayıdacağı tarix bəlli deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026